Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ana südünün tərkibi və faydalı xüsusiyyətləri

Ana südünün tərkibi və faydalı xüsusiyyətləri

Bakı, 7 yanvar, AZƏRTAC

Yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü körpələr üçün optimal qidalanmanı təmin edir. O, lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur.

Süd verən qadının orqanizminin qida ehtiyatları hamiləlik, eləcə də doğuş zamanı qan itkisi nəticəsində az və ya çox dərəcədə tükənə bilər. Əsasən qida maddələrinin ilk dəfə kolostrumla, sonra isə ana südü ilə itirilməsi nəticəsində laktasiya dövrü orqanizmin qida maddələrinə olan ehtiyacını artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Cəmilə Hacızadənin hazırladığı elmi məqalədə bəhs olunur.

Ana südünün həcmi dəyişkən xarakterlidir. Süddə olan qida maddələri ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə edilir. Ana südü kifayət qədər sabit tərkibə malikdir və yalnız ananın qida rasionundan seçici şəkildə təsirlənə bilir. Ananın qida rasionunda kifayət qədər olmasa da, ana südünün karbohidrat, zülal, yağ, kalsium və dəmir tərkibi çox dəyişmir. Qida ilə vitamin (B1), A və D vitaminlərinə olan ehtiyac ödənilmədikdə isə ana südündə həmin maddələrin miqdarı daha az olur. Ona görə də ananın zəngin qida rasionundan istifadə etməsi məsləhət görülür. Doğuşdan sonra ana və körpə mütəmadi müayinə olunmalıdır. Həm ananın, həm də körpənin qida rasionu ilə bağlı məsləhətlər verilməlidir. Körpənin çəkisinin qənaətbəxş artımı onun qida rasionunun adekvatlığını mühakimə etməyin ən yaxşı yoludur. Süd verən analar gündə 1800 kaloridən az enerji qəbul etməməlidirlər.

Amerika Pediatriya Akademiyasının tövsiyəsinə görə, körpə ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalı və bunu azı 1 yaşa qədər davam etdirməlidir. Ümumdünya Səhiyyə Təşkilatı da körpələri ana südü ilə qidalandırmağa doğuşdan bir saat sonra başlamağı, 2 yaş və ya daha uzun müddətə davam etdirməyi məsləhət görür.

Ana südünün tərkibinin ən mühüm xüsusiyytlərindən biri onun körpənin hamiləlik həftəsinə (erkən və ya vaxtından əvvəl), doğuş zamanı ağırlığına (az və ya normal) və doğuş ayına görə dəyişməsidir. Doğuşdan ilk aya qədər olan dövrdə ana südünün qidalı maddələr baxımından qida tərkibi körpənin mədə-bağırsaq sisteminə uyğun olaraq dəyişir.

Qeyd edək ki, ana südü ifrazolunma müddətinə və tərkibinə görə kolostrum, keçid südü və yetkin süddən ibarətdir. Kolostrum doğuşdan sonra ilk 5 gün ərzində ifraz olunan, qatı və sarımtıl rəngli süddür. Tərkibində az yağ və laktoza var. O, xüsusən infeksiya əleyhinə xüsusiyyətə malik zülallarla zəngindir. Kolostrum immunoqlobulinlərlə zəngin olduğundan yeni doğulmuş körpəni xarici mühitin patogen amillərindən, yəni mikroorqanizmlərdən qoruyur. Həmin xüsusiyyətinə görə kolostrum körpənin ilk peyvəndi olaraq qəbul edilir. Həmçinin yeni doğulmuş uşağın formalaşmamış həzm sisteminin inkişafına kömək edir. İlk bir neçə gündən sonra körpənin mədəsi böyüdükcə ananın orqanizmi daha çox süd istehsal etməyə başlayır.

Keçi südü doğuşdan 7-14 gün sonra ifraz olunan süddür. Yetkin südün tərkibi isə dəyişkəndir. Belə ki, doğuşun 15-ci günündən sonra ifraz olunan yetkin südün tərkibi ananın orqanizminin xüsusiyyəti, qidalanması və fərdi metabolik amillərdən asılı olaraq dəyişə bilir. İlk gün 40-50 ml, 15-ci gün isə 700-800 ml-ə qədər ana südünün ifrazı artır.

Bir sıra hallarda analar övladlarını ana südündən məhrum etmək istəmirlər. Bu halda körpə əvvəlcədən toplanmış ana südü ilə qidalandırıla bilər. Lakin ana südünün gigiyenik qaydada toplanıb, düzgün şəraitdə və temperaturda saxlanılması şərtdir. Belə ki, ana südü otaq temperaturunda 3 saat, soyuducuda 3 gün, dondurucuda 3 ay saxlanıla bilər. Ümumdünya Səhiyyə Təşkilatı həmin vaxtları müvafiq olaraq 8 saat, 24-28 saatdan 1-2 günə qədər və 3 ay göstərir.

Körpə üçün ana südünün bir çox faydası var:

- Ana südü körpələr üçün ideal qidalanmanı təmin edir. Xüsusilə ilk 6 ay boyu yenidoğulmuş körpəni lazım olan bütün qida maddələri ilə təmin edən ən sağlam qidadır.

- Ana südü mühüm antitellər ehtiva edir. Ana südü körpənin virus və bakteriyalarla mübarizə aparmasına kömək edən antitellərlə zəngindir və bu, xüsusilə ilk süd olan kolostruma aiddir. Kolostrum yüksək miqdarda immunoqlobulin A (IgA), eləcə də bir sıra digər antitelləri təmin edir. Ananın orqanizmi viruslara və ya bakteriyalara məruz qaldığı zaman südə daxil olan antitellər sintez etməyə başlayır. IgA körpənin burnunda, boğazında və həzm sistemində qoruyucu təbəqə əmələ gətirərək uşağı xəstələnməkdən qoruyur. Çoxsaylı tədqiqatlar göstərir ki, ana südü ilə qidalanmayan körpələr sətəlcəm, ishal və digər infeksiyalara daha həssasdırlar.

- Ana südü ilə qidalanma körpənin bir sıra xəstəliklərə tutulma riskini azalda bilər. Belə ki, uzun müddət ana südü ilə qidalandırma uşağı orta qulaq, boğaz və sinus infeksiyalarından, həmçinin çoxsaylı tənəffüs və mədə-bağırsaq xəstəliklərindən qoruyur. Hətta 6 ay ərzində yalnız ana südü ilə qidalanan körpələrdə ciddi soyuqdəyməyə məruz qalma, eləcə də qulaq və boğaz infeksiyalarına tutulma, ani körpə ölümü sindromu, astma, atopik dermatit və ekzema, diabet, leykozun yaranması riski daha az olur.

- Ana südü körpənin çəkisini sağlam şəkildə artırır. Ana südü ilə qidalanma sağlam çəki artımına kömək edir və piylənmənin qarşısını alır. Araşdırmalar göstərir ki, 4 aydan çox ana südü ilə qidalanma körpənin artıq çəki və piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır. Bu, müxtəlif bağırsaq bakteriyalarının inkişafı ilə əlaqədar ola bilər. Ana südü ilə qidalanan körpələrdə çox miqdarda faydalı bağırsaq bakteriyası var ki, bu da yağların depolanmasına təsir edir. Ana südü ilə qidalandırılan körpələrin orqanizmində süni qida ilə qidalanan körpələrə nisbətən daha çox leptin var. Leptin iştahanı və yağ yığımını tənzimləyən əsas hormondur.

- Ana südü uşaqların zehni inkişafına təsir edir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Həmçinin ana südü ilə qidalanan körpələr daha yüksək intellektə malik olur və böyüdükcə öyrənmə çətinliyinə, eləcə də davranış problemlərinə daha az məruz qalırlar.

Qeyd edək ki, laktasiya zamanı enerji və qida maddələrinə ehtiyac hamiləlik dövründəkindən daha yüksək olur. Əgər ana hamiləlik dövründə yaxşı qidalanırsa, onun ehtiyaclarını qismən ödəyə bilən bir yağ deposu formalaşmış olur. Həmin yağ deposunun istifadəsi ilə ana doğuşdan sonrakı ilk həftələrdə çəki itirir. Laktasiya dövründə süd istehsalı üçün tələb olunan enerji iki mənbədən təmin edilir: hamiləlik zamanı bədəndə yağ olaraq yığılan enerji və qida rasionundan qaynaqlanan enerji.

Süd verən ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz olunan südə ekvivalent olan enerji, zülal, mineral və vitaminləri almaq üçün sağlam və balanslı qidalanmalıdır.

Laktasiya dövründə enerji və qida ehtiyacları üçün bir sıra tövsiyələrə əməl olunmalıdır:

- Körpənin ehtiyacını öz südü ilə tam ödəyən ana gündə orta hesabla 700-800 ml süd ifraz edir. Həmin südün ekvivalenti olan enerji və qida maddələri laktasiya dövründə normal qidalanma ehtiyacına əlavə edilərək artırılmalıdır.

- Adekvat ana südü istehsalı üçün kifayət qədər maye qəbul edilməsinə diqqət yetirilməlidir və gündə azı 8-12 stəkan maye içmək kifayətdir.

- Laktasiya dövründə arıqlama məqsədilə pəhriz saxlanılmamalıdır. Həmin dövrdə enerji qəbulu gündə 1800 kaloridən aşağı düşərsə, bədən üçün lazım olan qida elementləri kifayət qədər çatışmır. Xüsusilə laktasiya dövrünün başlanğıcında aşağı kalorili qida rasionu süd istehsalını azaldır və südün qida dəyərinə mənfi təsir göstərir.

- Laktasiya dövründə spirt və siqaretdən istifadə edilməməlidir.

- Soğan, sarımsaq, brokkoli, balqabaq, gül kələm, qarışıq ədviyyatlar və ya paxlalılar ana südünün dadını dəyişə bilər. Həmin vəziyyət bəzi körpələrdə narahatlıq (qaz əmələ gəlməsi, qidalanmadan imtina) əmələ gətirsə də, bəziləri bunu heç hiss etməyə bilər. Körpədə ciddi əsəbilik yaranarsa, bu cür qidalar daha az istehlak edilməli və ya heç istehlak edilməməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək