İDMAN


Andorra – İngiltərə futbol matçını qadın hakimlər idarə edəcək

Bakı, 7 oktyabr, AZƏRTAC

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlardan birinin idarə edilməsi qadın hakimlərə tapşırılıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq Andorra – İngiltərə matçının baş hakimi ukraynalı Yekaterina Monzul olacaq. Ona həmyerliləri Svetlana Qruşko və Marina Streletskaya kömək edəcəklər. Matçın videonəzarət sistemi (VAR) üzrə hakimi isə fransalı Stefani Frappar olacaq.

Xatırladaq ki, Yekaterina Monzul futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya – Farer Adaları (3:1) matçını da idarə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.