DÜNYA


Angela Merkel bu həftə Marseldə Emmanuel Makronla görüşəcək

Bakı, 3 sentyabr, AZƏRTAC

Almaniyanın federal kansleri Angela Merkel sentyabrın 7-də Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində keçirilən brifinqdə bildirib.

“Sentyabrın 7-də Almaniya kansleri Marsel şəhərinə gedəcək və orada Emmanuel Makronla danışıqlar aparacaq”, - deyə Zaybert vurğulayıb. Onun sözlərinə görə, danışıqların gündəliyi hələlik dəqiqləşməyib, lakin tərəflərin Ukraynanın şərqində yaranmış vəziyyəti də müzakirə edəcəkləri istisna olunmur.

Xatırladaq ki, Rusiya və Ukrayna ilə yanaşı, Almaniya və Fransa da Donbasda vəziyyətin nizamlanması üzrə “Normand dördlüyü”nə daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.