SİYASƏT


Anım Günü ilə bağlı Budapeşt şəhərində tədbir təşkil olunub VİDEO

Budapeşt, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin heyəti tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanda yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar səfirlikdə yaradılmış guşə önündə tədbir təşkil olunub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərimizin əhəmiyyətindən və əldə edilmiş Qələbənin diplomatik yolla möhkəmləndirilməsinin vacibliyindən söz açıb. Ermənistanın son həftələrdə Azərbaycanla sərhəddə törətdiyi təxribatları, eləcə də dünyanın müxtəlif dövlətlərində radikal erməni qrupları tərəfindən diplomatik nümayəndəliklərimizə yönəlmiş hücumları nəzərə alaraq, bütün cəbhələrdə buna hazırlıqlı olmağımızın vacibliyi vurğulanıb. Diplomatlarımızın öz cəbhələrində haqlı mübarizəmizə töhfə verdiyi və aparılan fəaliyyətin Müzəffər Ali Baş Komandan tərəfindən həyata keçirilən kampaniyanın tərkib hissəsi olduğu diqqətə çatdırılıb.

 
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.