QAN YADDAŞI


Ankara Universitetinin dekanı: Azərbaycan xalqının yanında olmaq mənəvi borcumuzdur

Ankara, 20 yanvar, AZƏRTAC 

20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Türkiyə xalqı olaraq şad gündə də, dar gündə də Azərbaycanın yanında olmaq mənəvi borcumuzdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ifadə edən Ankara Universitetinin Hüquq fakültəsinin dekanı, professor Muharrem Özen bildirib ki, şəhidlik zirvəsinə ucalan insanlar xalqın ürəyində özlərinə abidə ucaldırlar. Azərbaycan və Türkiyənin tarixin ağır sınaqlarından dəfələrlə üzüağ çıxdığını vurğulayan Muharrem Özen diqqətə çatdırıb ki, keçmiş sovetlər biliyinin süqutu ərəfəsində baş verən siyasi proseslərə biganə qalmayan Azərbaycan xalqı haqlı olaraq öz hüquqlarının qorunmasını tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan professor deyib: “Ulu öndərlərimizin nəsillərə örnək olan ifadələri əsrlər boyu xalqlarımızın dostluq və qardaşlıq yoluna çıraq olacaqdır. İyirmi doqquz il əvvəl törədilən 20 Yanvar faciəsi Türkiyədə böyük həyəcanla qarşılandı, ölkəmiz matəmə büründü. Bu gün də bu tarixi faciənin ildönümündə qardaş Azərbaycan xalqının dərdinə şərik olur, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.