MƏDƏNİYYƏT


Ankarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb

Ankara, 20 yanvar, AZƏRTAC

Ankara şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.

Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfirliyinin və digər dövlət qurumlarımızın əməkdaşları, QHT təmsilçiləri, o cümlədən müəllifin sənət yoldaşları iştirak ediblər.

Rəssamın mövzu ilə bağlı 32 portretinin nümayiş olunduğu sərgi fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, rəssam M.Əliyevin Türkiyədə və başqa ölkələrdə çox sayda fərdi sərgisi təşkil olunub. Onun yaradıcılığında vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər əsas mövzuları əhatə edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.