SİYASƏT


Ankarada YAP ilə AKP arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanları müzakirə olunub

Ankara, 2 iyun, AZƏRTAC

Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, AKP-nin mərkəzi qərargahında dostluq şəraitində keçən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənib hazırlanması, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.