DÜNYA


Ankarada hərbi məktəbdə partlayış baş verib

Ankara, 20 fevral, AZƏRTAC

Ankaranın Poladlı rayonunda yerləşən topçu və raketçilər hərbi məktəbinə aid olan Sakarya hərbi hissəsində partlayış baş verib.

AZƏRTAC Türkiyənin Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, partlayış nəticəsində 5 əsgər yaralanıb. Bildirilir ki, partlayış atəş təlimi zamanı baş verib. Yaralılar Bilkent şəhər xəstəxanasına çatdırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı məlumatlandırılıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.