İQTİSADİYYAT


Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq VİDEO

Paris, 22 iyun, AZƏRTAC

Bu gün Azərbaycanda həyata keçirilən uğurlu layihələrlə tanış olduq. Böyük layihələrdir. İKT sahəsində uğurla həyata keçirilmiş layihələr müfəssəl şəkildə, bütün detalları ilə yüksək səviyyədə təqdim olundu. Azərbaycanla UNESCO arasında təhsil, elm, mədəniyyət sahələrində də sıx əlaqələr var.

Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO-nun “İnformasiya hamı üçün” proqramı üzrə Hökumətlərarası Şuranın yeni seçilmiş sədri Anna Bossman bildirib.

Qeyd edib ki, Azərbaycanın nailiyyətlərini, yaxşı təcrübəsini təqdim etməklə digər üzv ölkələrə bu istiqamətdə nə etməli olduqlarını göstərmək üçün yaxşı imkan oldu. Onlar Azərbaycanın təcrübəsindən yararlanacaqlar.

“Ölkənizdə fəaliyyət göstərən “ASAN xidmət”də olmuşam və həqiqətən də onun çox uğurlu olmasının şahidiyəm. Bir məkanda bir neçə xidmətin həyata keçirilməsi əhali üçün çox yararlıdır və vaxt itkisinin qarşısını alır”, - deyə A.Bossman vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.