İDMAN


Antalyada keçiriləcək dünya çempionatında ölkəmizi beş gimnast təmsil edəcək

Antalyada keçiriləcək dünya çempionatında ölkəmizi beş gimnast təmsil edəcək

Bakı, 28 mart, AZƏRTAC

Martın 29-dan aprelin 2-dək Antalyada idman gimnastikası üzrə gənclər arasında ikinci dünya çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edəcəklər.

Antalya Gimnastika Salonunda təşkil olunacaq çempionatda 65 ölkədən 286 idmançı medallar uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.