CƏMİYYƏT


Apreldə Bakı və Sumqayıt şəhərlərində 107 ictimai-iaşə obyektində monitorinq aparılıb

Bakı, 22 aprel, AZƏRTAC 

Apreldə Bakı və Sumqayıt şəhərlərində 107 ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırıldığını yoxlamaq məqsədilə monitorinqlər həyata keçirilib. Monitorinqlər nəticəsində təmizləyici qurğu quraşdıran, lakin ətraf mühitə zərərli maddələri normadan çox atan 22 obyekt aşkarlanıb. Sumqayıtdakı “Green House”, “Dədə Qorqud”, “Qubadlı” şadlıq saraylarında və paytaxtın Səbail rayonundakı “Qədim Şəki” restoranında isə təmizləyici qurğuların quraşdırılmadığı məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Vüqar Kərimov məlumat verib.

V.Kərimov nazirliyin ötən ilin sentyabrından etibarən ictimai-iaşə obyektlərində atmosferə atılan zərərli maddələrin azaldılması istiqamətində tədbirlərə başladığını qeyd edib. O, ötən ilin sonunadək 467 obyektdə monitorinq aparıldığını deyib. Nazirlik rəsmisi həmin obyektlərdən 455-də təmizləyici qurğuların quraşdırıldığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.