CƏMİYYƏT


Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9 mindən çox zəng daxil olub

Bakı, 10 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə bu ilin aprel ayı ərzində 9 min 191 zəng daxil olub.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, onlardan 8341-i Azərbaycan dilində, 796-sı rus dilində, 54-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2 min 91-i müvəqqəti yaşama icazəsi, 1883-ü müvəqqəti olma müddətinin uzadılması, 712-si vətəndaşlıq məsələləri, 628-i olduğu yer üzrə qeydiyyat, 578-i daimi yaşama icazəsi, 746-sı iş icazəsi, 2 min 553-ü isə digər məsələlərlə bağlı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.