Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Əqli Mülkiyyət Agentliyi: Videoyazıların “YouTube” portalına yüklənməsinin hüquqi təminatı

Əqli Mülkiyyət Agentliyi: Videoyazıların “YouTube” portalına yüklənməsinin hüquqi təminatı

Bakı, 21 may, AZƏRTAC

Son vaxtlar bəzi sosial şəbəkələrdə milli müəlliflərin və ifaçıların mahnılarından ibarət videoçarxların onlayn resurslarda, o cümlədən “YouTube” portalında yerləşdirilməsi, onların istifadəsi, hüquq sahibliyi və sərəncamçılığı məsələləri, bu maraqların media şirkətləri tərəfindən təmsil edilməsi ilə bağlı suallar müzakirə olunmaqdadır.

AZƏRTAC bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakı şərhlərini nəzərə çatdırır:

1. “Copyright” (müəlliflik hüququ və əlaqəli hüquqlar) sisteminin bütün obyektlərinin istifadəsi, əgər obyekt qorunursa, yalnız qorunan obyektin hüquq sahibinin razılığı əsasında mümkündür.

Müəllif-hüquq qanunvericiliyinin bu tələbi “YouTube” portalında ifaların videoyazılarının yerləşdirilməsi kimi istifadə halında da öz qüvvəsini saxlayır. Lakin bununla birlikdə biz bir sıra halları dəqiq təsnifatlaşdırmalıyıq:

Birincisi, yerləşdirilən obyekt müəllif-hüquq qanunvericiliyi nöqteyi-nəzərindən necə eyniləşdirilməlidir?

İkincisi, yerləşdirilən obyekt qorunurmu?

Üçüncüsü, yerləşdirilən obyektin hüquq sahibi kimdir?

Videoyazı Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsində müəllif-hüquq obyektinin obyektiv formalarından biri kimi qeyd olunub. Həmin Qanunun 6-cı maddəsinə uyğun olaraq, videoyazı (bır sıra ölkələrin qanunvericiliklərində videoqram adlanır) müəlliflik hüququnun obyektləri olan əsərlər sırasına bilavasitə daxil edilməyib.

Lakin müəlliflik hüququnun obyektlərinin - əsərlərin bu siyahısı açıqdır. Buradan belə çıxır ki, müəlliflik hüququnun obyektlərinin qorunması üçün tələb olunan müəyyən şərtlər daxilində, daha doğrusu, videoyazıların obyektiv ifadə olunmuş yaradıcılıq əməyinin nəticəsi olduğu, yəni onların əsər kimi (əsərin əlamətlərinin olması) təsnif olduğu halda videoyazı müəlliflik hüququnun obyekti kimi müstəqil qorunma ala bilər.

Videoyazılar arasında musiqili və ədəbi əsərlərin ifalarının yazılması olan videomateriallar xüsusi qrup təşkil edir. Audiovizual vasitələrlə həyata keçirilən bu cür yazılmalar əsərlərin professional artistlər, həvəskar ifaçılar, yaradıcılıq kollektivləri, eləcə də əsər müəlliflərinin özləri tərəfindən ifa prosesini çatdırır.

İfaların özünə gəldikdə, onlar qanunverici tərəfindən əlaqəli hüquqların obyektlərinə aid edilib və ifaçının hüquqları (ifaya dair müstəsna hüquqlar və müstəsna hüquqlar üzərində qanuna zidd olmayan istənilən sərəncamçılıq üsulları daxil olmaqla) “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32-ci və 33-cü maddələrində müfəssəl şəkildə tənzimlənib.

Burada xatırlatmaq vacibdir ki, videoyazıların hüquqi rejimi bütövlükdə, o cümlədən əsərlərin ifalarının videoyazıları və onların yaradıcılarının (hazırlayanların) hüquqları qanunvericiliklə müəyyən olunmayıb. Bununla birlikdə, əsərin videoyazısı, eləcə də səsyazısı (fonoqram) fiksəetmə üsuludur, onların fərqi isə bu fiksəetmənin həyata keçirildiyi texniki vasitələrin seçilməsindədir. Onları hazırlayanlar isə həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Belə yazılma həm yazılan əsərlə (müəlliflik hüququnun obyekti), həm də ifa (əlaqəli hüquqların obyekti) ilə əlaqəlidir.

Yuxarıda qeyd edildiyi kimi, ifanın videoyazısının müəlliflik hüququnun obyekti kimi hüquqi qorunması bilavasitə müəyyən edilməyib, eləcə də onu hazırlayanın hüquqları tənzimlənməyib.

İfanın videoyazısının əlaqəli hüquqların obyektlərinə aid edilməsinə gəldikdə, milli qanunvericiliyə uyğun olaraq, ifaların videoyazıları əlaqəli hüquqlar obyektlərinin qapalı siyahısına daxil edilməyib və bununla da ifaların videoyazıları əlaqəli hüquqların obyekti kimi qorunmur (qeyd edək ki, bir sıra kontinental hüquq ölkələrində orijinallıq səviyyəsinin aşağı olması səbəbinə görə audiovizual əsərlərə aid edilməyən videoyazılar (videoqramlar) bütövlükdə əlaqəli hüquqlar obyekti kimi tanınır və bunun altında videoyazıları hazırlayanlarının (istehsalçıların) hüquqları başa düşülür).

Qeyd edilənlərdən irəli gələn əsas nəticə bundan ibarətdir ki, müəllif-hüquq qanunvericiliyi çərçivəsində, eləcə də beynəlxalq konvensiyalarda musiqili əsərlərin videoyazıları müəlliflik hüququnun müstəqil obyektlərinə bilavasitə aid edilmir, eləcə də onların qorunma qabiliyyəti əlaqəli hüquqlar obyektləri kimi tənzimlənmir.

Videoyazıların müəlliflik hüququnun müstəqil obyektlərinə aid edilməməsinin səbəbi onunla bağlıdır ki, videoyazılarda heç də həmişə yaradıcılıq əlamətləri olmur və onlar istehsalçıların texniki və təşkilati əməyi nəticəsində yaradılır, onların sırasında isə hüquqi şəxslər də ola bilər.

Videoyazıların, o cümlədən musiqili ifaların videoyazılarının qorunma qabiliyyəti haqqında məsələnin qanunvericiliklə həll edilməsinə gəldikdə isə, hazırda bu məsələ milli qanunvericilik çərçivəsində açıq qalır və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilir.

Lakin hətta əsərlərin videoyazılarının istehsalçılarının hüquqları ilə bağlı kolliziyaları səsyazmaların istehsalçılarının (fonoqram istehsalçılarının) hüquqları ilə analogiya üzrə həll edən orqanlar, o hallarda ki, videoyazıya hüquqlar, əgər əlaqəli hüquqlara əsaslanırlarsa, ilk növbədə, ondan çıxış edirlər ki, onların müəlliflik hüquqlarından törəmə olduğu əsas götürülür, əlaqəli hüquqlara hüquq sahibliyi isə o vaxt legitim sayılır ki, orada müəlliflik hüquqlarının pozulması halı olmasın.

Buradan belə çıxır ki, müəlliflik hüququnun bir obyektinin (mahnının) müxtəlif ifalarının hüquq sahibləri müxtəlif əlaqəli hüquq sahibləri ola bilərlər.

2. Əsərin ifasının videoyazısı internetə yerləşdirilərkən, videoyazını strayklar adlanan sistem vasitəsilə yerləşdirən şəxsə qarşı aşağıdakı kateqoriyadan olan şəxslər iddia irəli sürə bilərlər:

-əsərə müəlliflik hüquqlarının sahibləri, çünki söhbət “YouTube”da əsərin müasir formada istifadəsindən gedir, qanunvericilik isə müəlliflik hüququnun sahibinin interaktiv kütləvi bildiriş səlahiyyətlərini tənzimləyir [interaktiv bildiriş hüququ];

-ifaya əlaqəli hüquqların sahibləri, onların qismində bir qayda olaraq, həm öz adından, həm də ifaçıların adından (baxmayaraq ki, ifaçılar da ayrıca hüquq sahibi ola bilərlər) fonoqram istehsalçıları (studiyalar) çıxış edirlər;

-yayım təşkilatlarının (televiziya yayım kanalları) və ifaların yerləşdirildiyi videoyazıların daha çox istifadə olunduğu videokadrların hüquq sahibləri).

Bununla birlikdə, videoyazı şəklində təqdim olunan ifa olunmuş əsərə müəlliflik hüququnun sahibləri əsəri ifa edən ifaçıdan və videokadrlarında əks olunmuş TV kanalından (yayım təşkilatından) asılı olmayaraq, onlara qarşı iddia qaldıra bilərlər.

Fonoqram istehsalçıları yalnız özlərinin hüquq sahibi olduqları fonoqramlarla bağlı iddia qaldıra bilərlər.

Yayım təşkilatları yalnız təmsil etdikləri televiziya verilişlərindən və ya TV kanalından köçürülən videokadrlarla bağlı iddia qaldıra bilərlər.

Bununla belə, əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı bütün şikayətlər, strayklar adlandırılan sistem “YouTube”un tələblərinə uyğun olaraq aşağıdakı qaydada tərtib olunur:

- Hüquq sahibi müvafiq formanı dolduraraq, konkret videoda öz hüquqlarının pozulması barədə bildirişi “YouTube” portalına göndərir;

- şikayətin düzgün tərtib edildiyi və hüquq pozuntusu həqiqətən aşkar oldunduğu halda, mübahisələndirilən məzmun silinir və videonu yükləyən şəxs xəbərdarlıq alır və “YouTube” çərçivəsində müəlliflik hüququ üzrə kursları keçməlidir;

- belə vəziyyət üç dəfə təkrarlandığı halda (3 xəbərdarlıq), pozuntuya yol vermiş şəxsin hesabı bağlanır, bütün videolar onun kanalından silinir və pozucuya yeni kanallar yaratmaq qadağan edilir.

Strayklar sistemi ilə yanaşı, tez-tez Content ID istifadə olunmaqla, yəni hüquq sahiblərinin musiqili kompozisiyalarının məlumat bazası ilə müqayisə əsasında şikayət sistemi tətbiq edilir.

3. Videoyazıların, o cümlədən musiqili əsərlərin videoyazılarının “YouTube”un qaydaları nəzərə alınmaqla yüklənməsinə yuxarıda şərh olunan müəllif-hüquq tələbləri aşağıdakı nəticələrə gəlməyə imkan verir:

3.1. Müəllif hüquqları ilə qorunan videokontenti “YouTube” portalına yükləmək təşəbbüsü irəli sürən hər hansı şəxsin bu videokontentin əsasını təşkil edən əsərin müəllif hüququnun sahibindən icazəsi olmalıdır.

Müəlliflik hüquqlarının pozuntusu barədə bildiriş alındığı halda, yadda saxlamaq lazımdır ki, “YouTube” portalının qaydalarına uyğun olaraq, bu qorunan videokontent, hətta bu videokontent bilavasitə sizin tərəfinizdən televiziya verilişindən, konsertdən və s. yazılmışdırsa belə, silinir.

Unutmamalıyıq ki, “YouTube” çərçivəsində hüquq pozuntusunun aşkara çıxarılması həm təqdim olunmuş videokontenti hüquq sahibləri tərəfindən yüklənmiş mövcud kontent nümunələri ilə müqayisə edən Content ID sistemi, həm də hüquq sahibi tərəfindən “YouTube” portalına göndərilmiş şikayət-tələb əsasında həyata keçirilə bilər.

Daha çox yayılmış şikayət formasının (Content ID sistemi) istifadə olunduğu halda hüquq sahibi həm bu videokontentin bloklanmasını, həm də onun monetizasiyasını, yəni gəlirin həmin videonu yükləyən şəxslə öz aralarında bölünməsini tələb edə bilər.

Content ID sisteminin sizin videoçarx barədə tələbi ilə razı deyilsinizsə və bunun üçün qəti hüquqi əsasınız varsa, Sizə Content ID sisteminin videoçarxınızla bağlı tələbini mübahisələndirmək imkanı yaradılır.

Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, “YouTube” müəlliflik hüququ ilə bağlı mübahisələrdə vasitəçi kimi çıxış etmir və belə mübahisələri tərəflər məhkəmədə həll edirlər.

3.2. Müəyyən ifaçılar tərəfindən edilmiş əsər ifasının fonoqram yazılarına əlaqəli hüquqların sahibləri olan musiqili leybllar tərəfindən şikayətin daxil olduğu halda, yadda saxlamaq lazımdır ki, müəyyən ifaçılar tərəfindən edilmiş ifanın fonoqram yazılarına əlaqəli hüquqların sahibi olan hansısa musiqili leyblin yalnız eyni müəlliflik hüququ obyektinin ifa olunması səbəbinə görə Sizin videoyazınızın silinməsini tələb etmək hüququ yoxdur.

Sizin videoyazınızı silmək tələbi o halda mümkündür ki, müəlliflik hüququ obyektinin hansısa ifaçı tərəfindən edilmiş ifasının fonoqram yazısına hüquq sahibi olan musiqili leyblin həmin musiqili əsərə müəlliflik hüquqları olsun (müəlliflik hüquqları müəllif və ya hüquq sahibi ilə bağlanılmış lisenziya müqaviləsi əsasında alınıb).

Burada nəzərə almaq lazımdır ki, həmin müəlliflik hüququ obyekti qorunur və qorunma müddəti bitməyib, ictimai varidat dairəsinə keçməyib. Müəlliflik hüququnun obyektinin ictimai varidat dairəsinə keçdiyi və dövlət varidatı elan edilmədiyi halda heç bir razılıq alınması tələb olunmur.

3.3. Əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddialar yayım təşkilatları (TV kanallar) və ya onların nümayəndələri tərəfindən də verilə bilər.

Yadda saxlamaq lazımdır ki, belə halda müəlliflik hüququnun sahibi onun musiqi kompozisiyanın daxil olduğu videokadrların istifadəsinə görə müəllif qonorarı almaq hüququnu özündə saxlayır.

4. Televiziya kanallarının və digər fiziki və ya hüquqi şəxslərin maraqlarının ayrıca şirkətlər və ya təşkilatlar tərəfindən təmsil olunmasına gəldikdə, qeyd etmək vacibdir ki, belə agentlərə müraciət edən televiziya kanalları və fiziki və ya hüquqi şəxslər onlara, həmçinin “YouTube” videohostinqinə ifa olunan musiqili əsərə hüquqların onlara məxsus olduğunu təsdiq edən lisenziya müqaviləsi təqdim etməlidirlər. Lisenziya müqavilələrində başqa şərtlər göstərilməyibsə, videoçarxların baxışına görə əldə olunan gəlirin bir hissəsi əsərlərin müəlliflərinə ödənilməlidir.

Əlavə olaraq, bildiririk ki, rəqəmli şəbəkədə təmsilçilik ilə məşğul olan şirkətlərin fəaliyyəti ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra ətraflı məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar