ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyində təlim keçirilir

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin qarşıya qoyduğu əsas hədəflərdən biri əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, bu sahədə əməkdaşların davranış və biliklərinin təkmilləşdirilməsidir.

Əqli Mülkiyyət üzrə Milli Təlim Mərkəzi tərəfindən “Əqli mülkiyyət hüququna giriş” mövzusunda təşkil olunan təlim də məhz bu məqsədi daşıyır. Təlimin ümumi müddəti 33 saat olmaqla hər dərs 1 akademik saatdır.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlim başlayandan aşağı qeyd olunan mövzular üzrə dərslər artıq keçirilib:

- Əqli mülkiyyətin anlayışı;

- İstifadə üzrə hüquqların verilməsi;

- Müəllif hüquqların qorunması ilə bağlı mülkiyyət hüquqları;

- Müəllif hüquqlarının, əmtəə nişanlarının və patent obyektlərinin mühafizəsi və rejimlərin fərqlənməsi;

- Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri;

- Patentin qüvvədə olması, etibarsız sayılması, ötürülmüş müddətin bərpası;

- İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquq və hüquqların verilməsi;

- Məcburi lisenziya və patent sahibinin razılığı olmadan istifadə halları.

Dərslər Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin əməkdaşı Əkbər Əliyev tərəfindən müzakirə, interaktiv video, multimedia alətlər metodları ilə peşəkar səviyyədə tədris olunur.

Təlimi müvəffəqiyyətlə bitirənlərə Əqli Mülkiyyət Milli Təlim Mərkəzi tərəfindən sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.