İQTİSADİYYAT
“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi aqrar xidmətlərin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq
Bakı, 20 fevral, AZƏRTAC
"Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi Azərbaycanda aqrar xidmətlərin gücləndirilməsində, fermerlərin informasiya xidmətlərinə əlçatanlığının artırılmasında, eləcə də kiçik sahibkarların informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.
Qeyd olunub ki, hazırda bu xidmətlər dövlət tərəfi ilə yanaşı, özəl sektor, QHT-lər və fermer assosiasiyaları vasitəsi ilə də təmin edilir.
“Layihənin digər məqsədlərindən biri də aqrar sahədə məhsuldarlığın artırılması və fermerlərin bazara çıxış imkanlarının artırılmasıdır”, -deyə M.Çakmak vurğulayıb.