REGİONLAR


Aqrar Universitetdə Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib

Gəncə, 8 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ölkəmizin ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsində iştirak etmiş 6 əməkdaşı ilə görüş keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə müharibə iştirakçılarını bir daha təbrik edib. İ.Cəfərov tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışıb.

Müharibə iştirakçıları - Daxili nəzarət şöbəsinin müdiri Cəfərov Namiq Sahib oğlu, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məmmədov Elcan Rəsul oğlu, İnformasiya texnologiyaları kafedrasının dosenti Zeynalov Zaman Həbib oğlu, Kənd təsərrüfatı texnikası kafedrasının baş müəllimi Qurbanov Qurban Yaşar oğlu, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi Süleymanov Fariz Vidadi oğlu və 2 nömrəli tələbə evinin nəzarətçisi Hacızadə Asif Vasif oğlu onlara göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını ifadə ediblər.

Universitetin Elmi Şurasının 2021-ci il 5 yanvar tarixli qərarına əsasən döyüşlərdə iştirak etmiş 6 əməkdaşın vəzifə maaşlarına 200 manat məbləğində əlavə olunub, 2 nəfər - Qurban Qurbanov və Fariz Süleymanov assistentlikdən baş müəllim vəzifəsinə keçirilib. Bununla yanaşı, universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 6 nəfərə, ümumilikdə, 2700 manat məbləğində maddi yardım göstərilib.

Bundan əlavə, universitetin rəhbərliyi Vətən müharibəsində şəhid olmuş Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.