Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycanın kənd təsərrüfatı işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Kənd Təsərrüfatı İşçiləri Günü “Baytarlıq şəhərciyi”ndə davam etdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən bayram tədbirində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov ötən illərdə görülən işlərdən və əldə olunan uğurlardan danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.

Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi istiqamətində də davamlı iş aparılır.

Diqqətə çatdırılıb ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də, kənd təsərrüfatının inkişafı bu azalmanı əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Prezident İlham Əliyev bununla bağlı xüsusi tapşırıqlar verib. Aqrar sektorda ənənəvi sahə olan pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb. Bu barədə danışan nazir deyib: “Bizim hədəfimiz Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi deyil, həm də aqrar ölkə kimi tanıtmaqdır. Bunun üçün ilk növbədə yüksəkkeyfiyyətli və ekoloji təmiz məhsullar istehsal olunmalıdır”.

2016-cı ilin kənd təsərrüfatında dönüş ili olduğunu vurğulayan Heydər Əsədov qeyd edib ki, təkcə istehsalda deyil, bütövlükdə aqrar sektoru əhatə edən bütün sahələrdə inkişaf müşahidə olunur.

Ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi üçün görülən işlər barədə məlumat verən nazir bildirib ki, bu sahə gələn il də diqqət mərkəzində olacaq. “Baramaçılığın inkişafı üçün yem bazasının olması vacib şərtdir. Bu məqsədlə artıq tender keçirilib, Çindən 1 milyon 500 min ədəd ting gətirilməsi haqqında müqavilə bağlanılıb. Təxminən bu ayın sonunda tinglər ölkəmizə gətiriləcək və bölgü əsasında regionlara paylanacaq. Gələn il üçün ipəkqurdu toxumlarının alınması məqsədilə tender keçirilib və lazımi hüquqi sənədlər tərtib olunub. Gələcəkdə isə ipəkqurdu toxumlarının ölkəmizdə yetişdirilməsi planlaşdırılır. Hesab edirəm ki, Prezident İlham Əliyevin baramaçılığın inkişafı sahəsində qarşımızda qoyduğu vəzifələr tam yerinə yetiriləcək”, - deyə Heydər Əsədov vurğulayıb.

Pambıqçılıq sahəsində də irəliləyiş baş verib. Bu il 100 min tondan çox məhsul götürülməsi proqnozlaşdırılır. Sahələrdə hətta bundan da çox pambıq var. Hazırda əsas məsələ məhsulu vaxtında və itkisiz toplamaqdır. Bu barədə danışan kənd təsərrüfatı naziri qeyd edib ki, ölkəyə kifayət qədər pambıqyığan texnika gətirilib. Lakin son günlər aramsız yağışlar pambıqyığan kombaynların tarlalara çıxarılmasına imkan vermir. Bu günədək 44 min tondan çox pambıq tədarük olunub. Noyabr ayında havalar əlverişli keçərsə, yaranmış gerilik aradan qaldırılacaq.

Bildirilib ki, hazırda 12 rayonda aqrokimya laboratoriyaları yaradılır. Bununla bağlı tender keçirilib, qalib şirkət müəyyən olunub. Bu ayın sonu - gələn ilin əvvəlində 12 regionda kənd təsərrüfatı idarələrində aqrokimya laboratoriyalarının quraşdırılması, sonra isə kadrlar üçün təlimlərin keçirilməsinə başlanılacaq.

Həm Kənd Təsərrüfatı Nazirliyi, həm də aidiyyəti qurumlar tərəfindən əkinəyararlı torpaqların təyinatı üzrə istifadə olunması ilə bağlı uzun müddətdir monitorinqlər aparıldığını vurğulayan Heydər Əsədov deyib ki, burada əsas məsələ hüquqi bazanın yaradılmasıdır. Bununla bağlı müvafiq qanunvericilik mövcuddur. Həmin qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün nazirlik tərəfindən qaydalar hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, yaxın günlərdə həmin qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birlikdə onların tətbiqinə başlanılacaq.

Gələn ilin prioritet hədəflərindən biri də toxumçuluğun inkişaf etdirilməsidir. Bu barədə danışan Heydər Əsədov deyib: “Bu məqsədlə lazımi vəsait ayrılıb. Biz artıq həm tərəvəz toxumçuluğunun, həm də digər toxumların emalı, dərmanlanması və satışı üzrə fəaliyyətə başlamışıq. Tərəvəz toxumlarının istehsalı üzrə keçirilən tenderdə İsrail şirkəti qalib gəlib. Təxminən iki aydan sonra tərəvəz toxumçuluğu üzrə böyük bir bazanın yaradılmasına başlanılacaq və beləliklə tərəvəz toxumlarını ölkədə istehsal etmək mümkün olacaq. Həmçinin buğda, arpa, qarğıdalı və digər toxumçuluq sahələrinin inkişafı üçün tədbirlər görüləcək.

Heyvandarlıq sahəsində görülən işlərdən, qazanılan uğurlardan da danışan nazir bildirib ki, təkcə bu il ölkəmizə 5 mindən çox iribuynuzlu cins heyvan gətirilib. Hələ ilin sonunadək daha bir neçə min heyvanın gətirilməsi gözlənilir. Süni Mayalama Mərkəzində son tamamlama işləri görülür. Toxumluq buğaların alınması işləri 20 gün əvvəl yekunlaşıb. Bundan sonra cins kəl və camışlar alınacaq. Bütün rayonları mayalama texnikləri ilə təmin etmək istiqamətində iş aparılır. Təkcə bu il 50 mindən çox heyvan süni yolla mayalandırılıb. Həmçinin yaxın gələcəkdə embrion köçürülməsi mərkəzinin yaradılması da planlaşdırılır.

Kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr olunmuş tədbirin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir “2016-cı il – Kənd təsərrüfatında dönüş ili” filminin nümayişi ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib