Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Aqrotexniki qaydalara düzgün əməl edilməsi taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtidir

Aqrotexniki qaydalara düzgün əməl edilməsi taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtidir

Bərdə, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsas istiqaməti olan taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün önəm verilməli məqamlara toxunub.

Mütəxəssis deyib ki, aqrar elmin qarşısında duran əsas məsələ intensiv texnologiyanı tətbiq etməklə, yəni vahid əkin sahəsindən məhsuldarlığı artırmaqla əhalinin taxıl və taxıl məhsullarına tələbatının tam ödənilməsinə nail olmaqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mövcud əkin sahəsindən daha çox məhsul əldə etmək üçün iri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesin bütün təsərrüfatlara yaymağı tövsiyə edib.

Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün növbəli əkin sisteminin tətbiqi, yüksək reproduksiyalı, yerli şəraitə uyğun toxumlardan istifadə, becərilmə texnologiyasında aqrotexniki qulluq işlərinin düzgün yerinə yetirilməsi, suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi əsas şərtlərdir. Ölkəmizin əlverişli təbii iqlim şəraiti payızlıq taxıldan 60-70 sentner/hektar və daha çox məhsuldarlıq əldə etməyə imkan verir.

Torpağın səpinə hazırlanması

Yüksək məhsul alınmasında əsas amillərdən biri torpağın münbitliyinin artırılması, şumun vaxtında və keyfiyyətlə aparılmasıdır. Taxıl əkiləcək sahədə növbəli əkinə ciddi əməl olunmalıdır. Taxılın, əsasən, kartof, tərəvəz, bostan, çoxillik otlar və sair bitkilərdən sonra əkilməsi məqsədəuyğundur. Eyni sahədə 2-3 ildən artıq taxıl əkilməsi məsləhət deyil. Çünki hər hansı bir bitkini eyni yerə uzun müddət əkdikdə orada ona lazım olan qida ehtiyatı tükənir, digər tərəfdən xəstəlik və zərərvericilərin miqdarı artır. Nəticədə bitkinin məhsuldarlığı aşağı düşür.

Taxıl əkiləcək sahələr iyul-avqust aylarında 28-30 santimetr dərinlikdə şumlanmalı, oktyabr ayında səpinqabağı malalanma işləri aparılmalıdır. Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti xüsusilə önəmlidir. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Bu baxımdan səpindən qabaq şum altına hektara 350-400 kiloqram superfosfat gübrəsi, 20-30 ton üzvi gübrə verilməlidir.

Hazırda Azərbaycanda əkilən dənli bitkilərin əsas hissəsini intensiv sortlar təşkil edir. Bu sortların qida maddələrinə yüksək dərəcədə tələbkar olduğunu nəzərə alaraq, gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Torpağa üzvi və mineral gübrələrin verilməsi qida maddələrinin balansını nizamlamaqla torpaqda gedən mikrobioloji proseslərin fəallaşmasına da səbəb olur. Təcrübələr göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şumaltına verilməsi daha məqsədəuyğundur. Azot gübrəsini isə başqa gübrələrdən fərqli olaraq torpaqda və suda asan həll olduğu üçün erkən yazda, hər hektara 200-250 kiloqram ammonium şorası verilməsi məsləhətdir.

Səpinin vaxtında və keyfiyyətlə aparılması taxılçılıqda həlledici mərhələdir

Səpin taxılçılıqda ən vacib məsələlərdən biridir. Səpinin keyfiyyətli aparılması üçün sahə yaxşı malalanmalı və hamar olmalıdır. Taxıl səpini oktyabrın 20-dən noyabrın ortalarınadək hektara 220-230 kiloqram toxum olmaqla həyata keçirilməlidir. Gecikmiş səpinlərdə səpin norması 10-15 faiz artırıla bilər. Səpin zamanı dərmanlanmış, yüksək reproduksiyalı, yerli şəraitə uyğun toxumdan istifadə edilməlidir. Toxumlar torpağa elə dərinlikdə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər. Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxumlar 5-6 santimetr dərinlikdə basdırılmalıdır. Nəzərə almaq lazımdır ki, toxum torpaqda dayaz basdırıldıqda taxılın kök sistemi torpaqla zəif əlaqədə olur və kök yatması baş verir. Bu isə böyük məhsul itkisinə səbəb olur.

Elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə etmək lazımdır. Bu texnologiyanın əsas və başlıca elementlərindən biri dənli taxıl bitkilərinin səpin üsullarıdır.

Aparılan təcrübələr göstərir ki, payızlıq taxılların tirəli səpin üsulu ilə səpilməsi adi cərgəvi üsulla səpindən daha yaxşı nəticə verir. Bu üsulla əkin zamanı toxuma 40-50 faiz, suvarma suyuna 30 faiz qənaət olunur. Həmçinin torpaqda nəmlik uzun müddət qalır, verilən gübrənin səmərəliliyi artır, bitkilərin azotu mənimsəməsi yüksəlir, xəstəlik və zərərvericilərin inkişafı üçün qeyri-əlverişli şərait yaranır, fermerin əməyi yüngülləşir, əkin xərcləri azalır. Adi səpin üsulu ilə müqayisədə tirə üsulu ilə becərmə zamanı məhsuldarlıq 20-30 faiz yüksək olur.

Suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 25-30 faiz azalmasına səbəb olur

Payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də vegetasiya suvarmasıdır. Səpindən sonra dəmyə olmayan sahə mütləq suvarılmalıdır. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə üç-dörd dəfə suvarılma aparılmalıdır. Qışı yağıntılı keçən illərdə fevralın üçüncü, yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarılmasına başlamaq məsləhətdir.

Payızlıq taxıldan az məhsul götürülməsinin başlıca səbəblərindən biri suvarmanın vaxtında aparılmamasıdır. Suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 25-30 faiz azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə başa çatdırılmalıdır.

Bəzi təsərrüfat rəhbərləri cüzi miqdarda, yəni 15-20 millimetr yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Taxıl isə bundan xeyli artıq rütubət tələb edir. Deməli, yağıntılar az olanda suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir. Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə, onun tarla rütubət tutumunun 70-75 faizdən aşağı düşməsinə yol verilməməlidir.

Suvarma suyu ilə birlikdə bitkilərə peyin şirəsi verilməsi yaxşı nəticələrə gətirib çıxarır. Bu, bir çox fermer təsərrüfatlarında sınaqdan keçirilib. Suvarmanın belə təşkilinə ciddi diqqət yetirilməlidir.

Alaq otları məhsuldarlıqla yanaşı, keyfiyyəti də aşağı salır

Alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını məhdudlaşdıran amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir.

Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlarından istifadə edilməsi tövsiyə edilir. Hazırda birləpəli alaqlara (yabanı vələmir və sair) qarşı əsasən Puma Super və Topik herbisidləri geniş istifadə edilir. Puma Super herbisidi hektara 0,8-1,0 litr, Topik herbisidi isə hektara 0,35-0,40 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək, yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənməlidir. Əks halda onun səmərəsi az olar.

Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülü, çöl qanqalı, çöl sarmaşığı və sair) qarşı 2,4-D herbisidinin amin duzu hektara 1-1,2 kiloqram, Lintur herbisdi 0,150-0,180 kiloqram, Qran Star herbisidi isə 0,018 kiloqram hesabı ilə verilir. Fermer təsərrüfatında aparılan təcrübələr göstərir ki, Topik və Lintur herbisidlərinin qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir.

Taxıl biçini məhsul yetişdikdən 8-10 gün müddətində başa çatmalıdır

Respublikada taxıla qış-yaz dövründə siçanabənzər gəmircilər daha çox ziyan vurur. Dəstə halında yaşayan bu gəmircilər aran və dağətəyi rayonlarda geniş yayılıb. Bu məqsədlə avtol və ya bitki yağı qarışdırılmış 10 faizli sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur. Hər işçi yuvaya 0,5 litr/qram hesabı ilə zəhərli dən qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Onu topalar şəklində yığmaq və yüngülcə islatmaq lazımdır. Nəm ot çəkisinin 6 faizi qədər sink-fosfid götürülüb tozlanmalı və diqqətlə qarışdırılmalıdır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yeyir və məhv olur.

Taxıl biçini vaxtında, yəni məhsul tam yetişdikdə həyata keçirilməlidir. Əgər gecikərsə, dən tökülə və məhsulun keyfiyyəti pisləşə bilər. Taxıl biçini məhsul yetişdikdən 8-10 gün müddətində başa çatmalıdır.

Xosrov Musayev vurğulayıb ki, fermer və digər kəndli təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə, yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi