CƏMİYYƏT


“AquaHack” müsabiqəsinə qeydiyyat mərhələsi yekunlaşıb

Bakı, 30 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə su mövzusunda keçirdiyi ilk virtual hakaton olan “AquaHack”a qeydiyyat başa çatıb.

“Aquahack” müsabiqəsinə qeydiyyat iyunun 25-də yekunlaşıb. Müraciətlər aquahack.hackathon.az saytında həm fərdi, həm də qrup şəklində təqdim olunub.

BMTİP-in Azərbaycan ofisindən AZƏRTAC-a bildiriblər ki, yarışda iştirak üçün 68 komanda qeydiyyatdan keçib, ümumilikdə isə müsabiqədə iştirak üçün 328 nəfərlik müraciət daxil olub. Onlardan 207 nəfərin üzv olduğu 61 komanda seçim mərhələsinə buraxılıb. Daha sonra müsabiqə meyarlarına cavab verən 180 nəfər iştirakçının daxil olduğu 49 komanda yarışda iştirak hüququ qazanıb.

Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Ümumilikdə 3 mükafat təqdim olunacaq: birinci yer üçün 5000, ikinci yer üçün 3000 və üçüncü yer üçün 2000 manat.

Hakaton müsabiqəsinin məqsədi keçirildiyi müddət ərzində innovatorlar, proqramçılar və hakerləri bir araya gətirərək, verilən suallara yeni həll yollarını proqramlar və alətlər şəklində təklif etməyə sövq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.