İDMAN


“Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Bakı, 31 oktyabr, AZƏRTAC

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün son oyunlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupda Kosovonun “Liqeni” komandası ilə qarşılaşacaq.

"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 5:3. Növbəti mərhələ şanslarını itirən komandamız hazırda "Ligeni" ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.