CƏMİYYƏT


Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb

 

Bakı, 22 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 140 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 75 kubmetr olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 115 kubmetr təşkil etməklə ongünlük normanın 83 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 12,5 kubmetr olmaqla ongünlük normanın 13 faizini təşkil edir. Ötən il isə həmin göstərici saniyədə 36 kubmetr təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.

Sentyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artım qeydə alınıb, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 (2016-cı il sentyabrın 22-də 444 sm), Şirvanda 187, Salyanda 129 (2016-cı il sentyabrın 22-də 293 sm), Bankədə 167 (2016-cı il sentyabrın 22-də 222 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2016-cı il sentyabrın 22-də 171 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.