DÜNYA


Ərdoğan: İstanbuldakı konsulluqlarını bağlayan ölkələrlə bağlı lazımi qərarlar verəcəyik

Ərdoğan: İstanbuldakı konsulluqlarını bağlayan ölkələrlə bağlı lazımi qərarlar verəcəyik

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyə hökuməti fevralın 6-da bir sıra Qərb ölkələrinin İstanbuldakı konsulluqlarının bağlanmasına cavab tədbirləri ilə bağlı qərar verəcək.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində gənclərlə görüşdə bildirib.

“Xarici işlər nazirimiz bundan əvvəl bu ölkələrin bütün səfirlərini çağırmışdı. Onlara ultimatum verildi ki, ya bu cür hərəkətlərini dayandıracaqlar, ya da bu baha başa gələcək. Bazar ertəsi Nazirlər Kabinetinin iclası olacaq. Biz orada lazımi qərarları verəcəyik”, - deyə Prezident qeyd edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu argentinalı həmkarı Santiaqo Kafiero ilə İstanbulda keçirdiyi birgə mətbuat konfransında İstanbuldakı konsulluqlarını bağlayan Qərb ölkələrini “müttəfiq və dost adlandırmaq çətindir” demişdi.

Türkiyəli diplomat bildirib ki, qərbli tərəfdaşların davranışı müttəfiq kimi görünmür, çünki bu, ölkədə seçkilər ərəfəsində gərginliyi artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.