SİYASƏT


Ərəb KİV-lərində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı barədə məqalələr dərc olunub

Bakı, 28 iyul, AZƏRTAC

Ərəb KİV-lərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibələri əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Global News”, “Emirates Tourism”, “Me Business”, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi (UNA), Misir və Livanın “Əl-Ahd Əl-Duvali”, “Əl-Qimmah News”, “Əl-Diplomasy”, “Egypt News”, “Əl-Xabbar”, “Vasat Əl-Bələd”, “Kalemat Əl-Arab”, “Vol News” kimi digər ərəb və ingilisdilli xəbər agentlikləri, qəzet və internet resurslarında dərc edilmiş məqalələrdə ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq birlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yönəlmiş səyləri gücləndirmək zərurəti vurğulanıb.

Məqalələrdə mövcud vəziyyətin inkişafı ilə əlaqədar olaraq Ermənistan tərəfindən törədilmiş son təxribatların Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarında tam qiymətləndirildiyi qeyd olunub.

Münaqişənin nizamlanmamış statusunun regionda sülhə və təhlükəsizliyə təhdidin əsas mənbəyi olması, son hadisələrin erməni tərəfinin regionda vəziyyətin kəskinləşməsi, gərginlik yaradılması və iki ölkə arasında dövlət sərhədi və təmas xətti boyunca eskalasiya üçün bu cür hərbi təxribatlardan daim istifadə etməsi diqqətə çatdırılıb. Bununla yanaşı, vurğulanıb ki, danışıqlar prosesinin mahiyyəti Azərbaycan ərazilərinin işğaldan azad olunmasına və azərbaycanlı qaçqınların öz yurdlarına geri dönməsinin təmin edilməsinə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasına yönəlməlidir.

Prezidentin köməkçisi müsahibələrində Ermənistanı üzvü olduğu hərbi-siyasi təşkilatları, digər üçüncü tərəfləri münaqişəyə cəlb etmək niyyətində olmaqda ittiham edib.

Məqalələrin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə oxuculara qısa məlumat verilib.

https://mebusiness.ae/ar/news/show/55904

http://www.emiratestourismmag.com/%d8%ad%d9%83%d9%85%d8%aa-%d8%ad%d8%a7%d8%ac%d9%8a%d9%8a%d9%81-%d9%85%d8%b3%d8%a7%d8%b9%d8%af-%d8%b1%d8%a6%d9%8a%d8%b3-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%8a%d8%b9%d9%84%d9%86/

https://www.dubaihospitalitynews.com/2020/07/26/104763/

https://www.dubaiglobalnews.com/2020/07/26/159884/http://www.una-oic.org/page/public/news_details.aspx?id=307554

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.