SİYASƏT
Argentina nəşri Azərbaycan tərəfindən İranla dövlət sərhədi üzərində tam nəzarətin bərpasından yazır
Madrid, 23 oktyabr, AZƏRTAC
Argentinanın “Clarin” milli gündəlik qəzetinin internet portalında “İlham Əliyev İranla sərhədin tam nəzarətinin bərpa edildiyini bildirir” başlıqlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Silahlı Qüvvələri tərəfindən İranla sərhədin tam nəzarətinin bərpa edildiyini bildirdiyi qeyd edilir.
Argentina nəşri Azərbaycan Prezidentinin “Twitter” səhifəsində yaydığı məlumatdan sitat gətirir: Azərbaycan ordusu Füzulidə üç kəndi, Cəbrayılda dörd kəndi, habelə Zəngilan rayonunun 13 kəndini və Ağbənd qəsəbəsini azad edib. Ağbənd yaşayış məntəqəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinə tam nəzarət təmin edilib!
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid