MƏDƏNİYYƏT


Argentina səfirliyi ilə Tərcümə Mərkəzinin növbəti birgə layihəsi işıq üzü görüb

Bakı, 3 yanvar, AZƏRTAC

Argentina səfirliyi ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin növbəti birgə layihəsi – “Bir damcı bəxt” (müəllif K. Pineiro) kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəllifi tanınmış Argentina yazıçısı Klaudia Pineiro olan kitaba əsərin baş qəhrəmanı Marianın acı taleyindən, ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edən “Bir damcı bəxt” romanı daxil edilib.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsəri orijinaldan Emin Ələsgərov tərcümə edib. Redaktoru Nəriman Əbdülrəhmanlıdır.

Kitab Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” proqramı çərçivəsində ərsəyə gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.