ELM VƏ TƏHSİL
Arktika Elmlər Akademiyasının prezidenti İdarəetmə Sistemləri İnstitutunun layihələri ilə maraqlanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Arktika Elmlər Akademiyasının prezidenti, professor Valeriy Mitko və bu qurumun elm-katibi, texnika elmləri doktoru Marina Minina Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İSİ-nin direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi müəssisədə yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.
Qonaqlar, həmçinin institutda həyata keçirilən “Tikintidə və nəqliyyatda qəzaların baş verməsinin başlanğıcı və inkişaf dinamikasının “noise” nəzarət texnologiyaları və sistemləri”, “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual “seysmo akustik” erkən xəbərdarlıq sisteminin yaradılması”, “İnnovativ texnologiyaların işlənilməsi və tətbiqi ilə neftçıxarmanın intellektual online idarəetmə sisteminin yaradılması” layihələri ilə tanış olublar.
Sonda əməkdaşlıq perspektivləri müzakirə olunub.