MƏDƏNİYYƏT


“Arşın mal alan” musiqili komediyası bu dəfə “YARAT”da göstəriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının “Günay” studiyası tərəfindən hazırlanan “Arşın mal alan” musiqili komediyası nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, “Günay” studiyası artıq üç ildir dahi bəstəkarın bu əsərini yeni quruluşda tamaşaçılara təqdim edir.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq səhnə əsərinin təqdimat mərasimində hər kəs iştirak edə bilər.

Qeyd edək ki, ilk dəfə 2007-ci ildə studiya tərəfindən nümayiş olunan bu quruluş, Azərbaycan Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.