CƏMİYYƏT


Arvadını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.