ELM VƏ TƏHSİL


Arxeoloqlar buzlağın əridiyi ərazidə maraqlı artefaktlar aşkar ediblər

Bakı, 28 noyabr, AZƏRTAC

Norveç arxeoloqları qədim artefaktlar aşkar ediblər. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, Yutunheymen milli parkındakı dağın yamacında buzlağın əriməsindən sonra təqribən 70 ox çubuğu, ayaqqabı, parça və maral sümükləri aşkarlanıb. Radiokarbon tarixləşdirmə üsulu göstərib ki, ən köhnə məmulat eramızdan əvvəl 4100-cü illərə, ən sonuncusu isə eramızın 1300-cü illərinə aiddir.

Əsasən buzlağın dərinliyində qalmış oxların bəzisi, demək olar, ilkin görkəmini saxlayıb. Ucluqlarda qatran və ipin izi qalır ki, bu da onların taxta çubuğa bərkidilməsi üçün idi.

Daha əvvəl arxeoloqların Niderlandın Vianen şəhəri yaxınlığındakı Beytşteyn qəsrinin ətrafında 20 insan skeletinin olduğu kütləvi məzar aşkar etdikləri barədə məlumat verilib. Qalıqlar arasında hər hansı parça və ya bəzək izi olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.