İQTİSADİYYAT


Ərzaq, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 100,3 faiz olub

Bakı, 20 noyabr, AZƏRTAC 

Oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində un və un məmulatları üzrə istehlak qiymətləri indeksi 100,1 faiz, ət və ət məhsulları 100 faiz, balıq və balıq məhsulları 99,6 faiz, süd, süd məhsulları və yumurta 100,1 faiz, kərə və bitki yağları 100,2 faiz, meyvələr 97,9 faiz, tərəvəzlər 103,7 faiz, qənd, cem, bal, şokolad və konfetlər 100,3 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.