Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Arzuların şəhəri, qədim sivilizasiyaların tarixini özündə yaşadan İstanbul

Bakı, 19 mart, Turan Teymurov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Çanaqqala zəfərinin 106-cı ildönümü ərəfəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və həmin qurumun nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə martın 10-dan 15-dək azərbaycanlı jurnalistlərin qardaş Türkiyəyə media-turu təşkil olunmuşdu. Səfərin məqsədi pandemiya dövründə ölkə turizmi, eləcə də bu bölgənin gəzməli-görməli yerləri ilə tanış olmaqdan ibarət idi.

Türkiyədə koronavirusa qarşı görülən tədbirlər
turistlər üçün etibarlı səyahət imkanı yaradıb

Hazırda dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, Türkiyə ən az zərərlə turizm sahəsini ayaqda saxlamağa nail olub. Turizm sektoru ölkə iqtisadiyyatının demək olar ki, ana xəttini təşkil etdiyindən, onun dirçəldilməsi üçün bir sıra proqramlar həyata keçirilir. Belə ki, yeni növ koronavirusa (COVID-19) qarşı bir sıra qabaqlayıcı tədbirlərlə yanaşı, turizm sektorunda çalışan işçilərin peyvəndlənməsi ilə bağlı qeydiyyat proqramına başladılıb. Proqram qarşıdan gələn turizm mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etmək, onların və turizm işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində həyata keçirilir.

Türkiyə ötən ilin iyunundan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”nı həyata keçirməyə başlayandan sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək üçün bütün lazımi addımları atır. Mövsüm açılandan sonra turizm xidmətlərinin ilboyu fəaliyyət göstərməsi üçün həmin sektorda çalışanların peyvəndlənməsi proqramına daxil edilməsi sahəsində tədbirlər görülüb. Proqram çərçivəsində ilk növbədə qeydiyyatdan keçmiş otel, restoran, tur bələdçiləri və turizm agentlikləri işçilərinin peyvəndlənməsi nəzərdə tutulub.

Türkiyə COVID-19-la mübarizədə dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırmaq üçün bu sahədəki ilk və ən uğurlu nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirib, indiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb. 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri görən Türkiyə beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.

Ölkədə koronavirusla mübarizədə vətəndaşlar üçün bəzi məhdudiyyətlər tətbiq edilsə də, turistlərə heç bir məhdudiyyət (təbii ki, maska, sanitar-gigiyena qaydalarına, sosial məsafə tələbləri istisna olmaqla) qoyulmayıb. Turistlər ölkə daxilində sərbəst şəkildə hərəkət etmək və istədikləri səfərləri gerçəkləşdirmək hüququna malikdirlər. Görülən tədbirlər deməyə əsas verir ki, Türkiyə bu mövsüm turistləri təhlükəsiz və sanitar-gigiyena qaydalarına uyğun olaraq yüksək səviyyədə qəbul etməyə hazırdır.

Dünyanın qabaqcıl turizm şəhərlərindən biri - İstanbul

...Çanaqqaladan sonra yolumuz İstanbul şəhərinədir. Dünyanın ən gözəl, turistik məkanlarından olan İstanbulu görmək və onun küçələrini dolaşmaq hər kəsin arzusudur. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Üç tərəfi su sahəsi - Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri dörd dəfə qərbə “daşınıb”. İstanbul eramızın 330-cu ilindən başlayaraq müxtəlif dövrlərdə Roma, Bizans, Latın və ən nəhayət, Osmanlı imperiyalarının paytaxtı olub.

Avropanı Asiyaya, Qərbi Şərqə bağlayan, qədim sivilizasiyaların tarixini özündə yaşadan İstanbul həm də dünyanın qabaqcıl turizm şəhərlərindən hesab olunur. Bunun bir səbəbi də qədim diyarın abidələrlə zənginlik və gözəlliyi, şəhər sakinlərinin gülərüz və qonaqpərvərliyi, ilin bütün fəsillərində göstərilən yüksək keyfiyyətli turizm xidmətləridir. Bunun bariz nümunəsini şəhərdə olduğumuz üç gün ərzində bir daha gördük.

Qız qalasını xatırladan Qalata qülləsi

İstanbula gəldiyimiz ilk gündən tanış olduğumuz tarixi məkanlardan biri də məskunlaşdığımız otelin yaxınlığındakı Qalata qülləsi oldu. Yüksək təpədə yerləşən qüllə bizim Qız qalasını xatırladır. İstanbul şəhərinin əsas simvollarından olan Qalata dünyanın ən qədim qüllələrindən hesab olunur. Onu Bizans imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildə inşa ediblər. Qüllə 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalsa da, 1348-ci ildə İsa qülləsi adı ilə yenidən tikilib. İstanbulun osmanlılar tərəfindən fəthindən sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı cenevizlilər tərəfindən Fateh Sultan Mehmetə təqdim edilib. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olub. Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən “kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görüb, lakin o dövrün tanınmış memarlarından olan Hayreddin tərəfindən yenidən qurulub. Gözətçi qülləsi olaraq inşa edilən abidə bu gün turistik məqsədlərə görə muzey kimi istifadə edilir. Hündürlüyü 66 metr olan qüllənin üst qatından şəhərin panoramalı mənzərəsini, əsrarəngiz gözəlliyini seyr etmək mümkündür. Qalata qülləsi yeganə məkandır ki, oradan şəhəri dörd bir yanını seyr etmək olar. Buranı çoxlu turistin ziyarət etdiyini, şəhərə açılan mənzərə fonunda xatirə şəkli çəkdirdiyini müşahidə edirik.

Səfər boyu bələdçimiz, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı Yeşim Gözeli qüllə ilə bağlı maraqlı tarixi hadisə haqqında bilgi verir: XVII əsrin əvvəllərində IV Muradın hakimiyyəti illərində gənc ixtiraçı Hezarfən Əhməd Çələbi hazırladığı quş qanadlarını xatırladan kustar uçaq vasitəsilə Qalata qülləsindən Bosfor boğazını keçərək Üsküdar səmtinə qədər “qanadlanıb”. Qüllənin ikinci mərtəbəsində avropalıların marağına səbəb olan həmin uçuşu əks etdirən mənzərə 3D video formatında yerləşdirilib. Qülləni ziyarətə gələnlər virtual olaraq, gənc ixtiraçı ilə Üsküdara “uça bilərlər”.

Dünyanın ikinci ən qədim metrosu - Karaköy tuneli

Bakının “Tarqovu”sunu xatırladan İstiqlal küçəsi səliqəsi, kütləviliyi ilə diqqəti cəlb edir. Küçə Çanaqqala zəfəri ilə əlaqədar bayraqlara bürünüb. Bu il həm də ölkədə “Mehmət Akif və İstiqlal marşı ili” elan edilib və bununla bağlı banner də yerləşdirilib. Küçədə bəzi səfirliklərin binaları, “Qalatasaray” futbol klubunun məktəbi, Qalata Mevlevihanesi Muzeyi, məscid və s. tarixi binalar var. Hər addımda sıra ilə düzülmüş şirniyyat evlərinə, kafelərə, restoranlara, çoxlu hotellərə rast gəlmək olar. Şəhərin küçələrində tez-tez müxtəlif film çəkilişlərinin getdiyinin də şahidi oluruq.

İstanbulun ən maraqlı məkanlarından biri də dünyanın ikinci ən qədim metrosu Karaköy tunelidir. Karaköy ilə Beyoğlu arasındakı həmin tarixi tunel 146 ildir sərnişinlərə xidmət göstərir. Ümumi uzunluğu 573 metr olan tunelin inşasına 1871-ci ildə başlanıb və tikinti 1874-cü ildə tamamlanıb.

Daha bir neçə addım atandan sonra məşhur Qalata körpüsünə gedib çıxmaq mümkündür. Körpünün üzərində böyür-böyürə dayanan onlarla balıqçı Mərmərə dənizinə tilov atıb. İstanbulun Eminönü səmtinə bu mənzərəni izləmək üçün gələnlər çoxdur. Deyilənə görə, Qalata körpüsünün altındakı sularda balıqlar daha çox toplaşır. Elə buna görə də burada ilin istənilən vaxtı balıqçılara rast gəlmək mümkündür. Sahilə yan alan restorana çevrilmiş çoxsaylı katerlərdə, eləcə də Mərmərə dənizinin sahillərindəki kafelərdə dənizdən tutulmuş balıqdan xörəklər hazırlanaraq müsafirlərə təklif edilir. Balıq sendviçinin dadına baxmaq istəyənlərin sayı-hesabı yoxdur.

Pandemiya şəraitinə baxmayaraq, şəhərin hər yerində müxtəlif ölkələrdən təşrif gətirən turistlərlə üzləşirsən. Slavyan, Avropa və Afrika ölkələrindən gələn turistlər daha çox gözə dəyir. Söhbət zamanı İstanbulu çox sevdiklərini, göstərilən xidmətlərin qiymətindən və keyfiyyətindən razı qaldıqlarını ifadə edirlər.

Möhtəşəmliyi və əzəməti ilə gözoxşayan Ayasofya

İstanbula gedib şəhərdəki dünya memarlıq tarixinin ən görkəmli abidələrindən olan Ayasofyanı ziyarət etməmək olmaz. Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilən ən böyük memarlıq abidəsidir. Bina eyni ərazidə üç dəfə tikilib. İlk dəfə imperator Konstantios tərəfindən 360-cı ildə Böyük Kilsə (Megale Ekklesia) adı ilə tikilən və 415-ci ildə İmperator II Teodoz tərəfindən yenidən inşa edilən Ayasofya (Müqəddəs Hikmət) o vaxtlar baş qaldıran xalq üsyanları nəticəsində dağıdılıb.

İstanbulun mərkəzi hissəsində yerləşən və dünyada ən çox ziyarətçi qəbul edən və indiyədək öz əzəmətini saxlayan Ayasofya binası isə İmperator Justinianosun göstərişi ilə üçüncü dəfə dövrün iki məşhur memarı Anthemios və İsidoros tərəfindən yenidən tikilib. İnşasında 200 fəhlənin iştirak etdiyi və beş il on aya tamamlanan bina 916-cı ildə kilsə kimi öz qapılarını möminlərin üzünə açıb. 1453-cü ildə İstanbulun Fateh Sultan Mehmet tərəfindən fəthindən sonra məscid kimi fəaliyyət göstərib. Şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb.

Osmanlı dövründə məscid kimi fəaliyyətini davam etdirib. Sonralar yenə də Osmanlı İmperatorluğu dövründə binanın ətrafında minarələr, mədrəsələr, orta məktəb, fəvvarələr və bir sıra digər tikililər inşa olunub. Osmanlı sultanı Əbdülməcidin əmri ilə 1847-1849-cu illərdə isveçrəli Fossati qardaşları tərəfindən aparılan təmir işləri zamanı dövrün ən məşhur xəttatlarından olan Kazasker Mustafa İzzət Əfəndi Ayasofyanın əsas qübbəsinin 11,3 metrlik hissəsində “Qurani-Kərim”in Nur surəsinin 35-ci ayəsi yazılıb.

Memarlığı, möhtəşəmliyi, əzəməti və füsunkarlığı ilə gözoxşayan məşhur abidəni hər il minlərlə turist ziyarət edir. Bazar günü olmasına baxmayaq, burada izdiham yaşanır, çoxlu ziyarətçi gəlir. Dünyada çox az yer var ki, orada xristian naxışları, dörd böyük, oval kürədə Quran ayələri və məbədin üst qalereyasının sürahilərində qrafitini eyni məkanda görmək olar. Hazırda məscid kimi fəaliyyət göstərən Bizans memarlığının məşhur abidəsi həm də buna görə maraq doğurur.

Ayasofyanın yaxınlığında yerləşən Sultan Əhməd Məscidi mütləq ziyarət edilməli müqəddəs məkanlardandır. Təəssüf ki, səfərimizi zamanı məsciddə aparılan təmir işləri ilə əlaqədar oranı ziyarət etmək mümkün olmadı.

Qapalı bazar - 60-a qədər küçə, üç mindən çox dükan

İstanbul həm də alış-veriş mərkəzləri, bazarları ilə də tanınır. Onların arasında Qapalı, Mahmudpaşa və Misir bazarları qədimliyi ilə xüsusilə seçilir. Misir bazarında piştaxtalar üzərində müxtəlif ədviyyatlar, təbib və loğmanların müalicə vasitəsi kimi çiçək toxumları, nadir bitki kökləri və qabıqları düzülüb. Bazarda qurudulmuş qoz-fındıq, şirniyyat məhsulları və müxtəlif qida məhsulları da satılır. Şəhər sakinlərinin, eləcə də turistlərin ən çox üz tutduğu məkanlardan biri olan Qapalı bazarda daha çox zinət əşyaları, suvenirlər, eləcə də pal-paltar öz alıcılarını gözləyir. Qapalı bazar nəhəng labirint kimi, 60-a qədər küçəsi, üç mindən çox dükanı ilə İstanbulun ən baxımlı və bənzərsiz bir məkanıdır. Şəhəri xatırladan və bütünlüklə qapalı bu yer zaman keçdikcə inkişaf edərək böyüyüb. Qapalı bazar günün hər vaxtı hərəkətli və izdihamlıdır. Alverçilər ziyarətçiləri durmadan öz mağazasına dəvət edir. Bazarın girişində inkişaf edən böyük və rahat mağazalar Türkiyədə emal və ixracatı edilən bütün əşyaları satışa çıxarıb. Əl xalçaları və ləl-cavahirat ənənəvi türk sənətinin ən gözəl nümunələridir.

İstanbulda hər addımda, hər ünvanda doğmalıq, istilik açıqca hiss olunur. Küçədə üzləşdiyimiz hər kəs can Azərbaycandan gəldiyimizi biləndə böyük sevinc hissi ilə qarşılayır, ötən ilin payızında xalqımızın Qarabağ savaşında əldə etdiyi Zəfərdən böyük qürur və iftixar hissi keçirirdilər. Əlbəttə, bu münasibət bizi çox duyğulandırırdı. Şəhərin küçələrində qırmızı türk bayrağı ilə yanaşı, üçrəngli Azərbaycan bayrağı da dalğalanırdı. İki bayraq əzəmət, iftixar və qürur mənbəyi kimi bir yerdə döyünürdü...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ