İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 71,5 faizi sənaye və tikinti sahələrinə xərclənib

Bakı, 21 oktyabr, AZƏRTAC 

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,4 faizi sənaye, 22,1 faizi isə tikinti sahələrinə yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 13,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, hər birində 2 faiz olmaqla informasiya və rabitə, təhsil, hər birində 0,9 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faiz maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.