MƏDƏNİYYƏT


Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş tədbir təşkil olunub

Bakı, 5 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı oxucuların asudə vaxtını səmərəli təşkil etmək, onlarda mütaliəyə marağı artırmaq və Azərbaycanın ictimai-siyasi, mədəni həyatında silinməz izlər qoyan görkəmli şəxsiyyətlərimizlə tanış etmək məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir, videoməlumatlar hazırlayır.

İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti tədbirlərdən biridə böyük söz ustadı Aşıq Ələsgər yaradıcılığına həsr olunub.

Tədbirdə ədəbiyyatımızda saz-söz sahibi olan şairin yaradıcılığı haqqında məlumat verilib, onun aşıq şeir sənətinin tükənməz söz xəzinəsi olduğu qeyd edilib. Tədbirdə dahi söz ustadının kitabxana fondunda yer alan kitabları haqqında məlumat verilib. Oxucular onun yaradıcılığına maraq göstərdiklərini, şeirlərini sevə-sevə oxuduqlarını bildiriblər.

Daha sonra söz ustadı Aşıq Ələsgərin ədəbiyyatımızda doğma yurdun gözəlliyinə həsr olunmuş ən maraqlı əsərlərindən “Dağlar”, “Yaylaq” şeirləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.