İQTİSADİYYAT


Aşkarlanmış çatışmazlıq səbəbindən təbii qaz qurğularına aid 9 layihə sənədinin razılaşdırılmasından imtina edilib

Bakı, 7 may, AZƏRTAC

Aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 64 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ay ərzində qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 320 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 9 layihə sənədinin razılaşdırılmasından imtina edilib.

Agentlik tərəfindən 16 inzibati xəta haqqında protokol tərtib edilib və 20 qərar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.