ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu və Belarusun Bioaktiv Maddələrin Biokimyası İnstitutunun alimləri birgə tədqiqatlar aparır
Bakı, 23 yanvar, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu əldə olunan nəticələrin heyvanlar üzərində sınaqdan keçirilməsi üçün Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutu ilə uğurlu əməkdaşlıq qurub.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev məlumat verib. O bildirib ki, müştərək tədqiqat Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutunda aparılır.
“Eyni zamanda, Azərbaycan Tibb Universiteti ilə razılaşma əldə olunub. Bəzi xəstəliklərə qarşı fizioloji fəal maddələrin sınaqlarını Azərbaycanda yerinə yetirəcəyik”, – deyə akademik Vaqif Fərzəliyev qeyd edib.