CƏMİYYƏT


Astana-Bakı aviareysi ilə gələn sərnişində “beşbarmaq” aşkarlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Astana-Bakı aviareysi ilə gələn sərnişində “beşbarmaq” aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Astana-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama nəticəsində vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.