SİYASƏT


Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Astana, 26 may, АZƏRTAC

Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Qazaxıstan xarici işlər naziri Kayrat Abduraxmanovla görüşü keçirilib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun qazaxıstanlı həmkarı Qalımjan Koyşıbayevlə ikitərəfli görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat sahəsinin inkişafı əsas istiqamətlərdən biri olaraq hər iki ölkə üçün önəm daşıdığı vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımız arasında münasibətlərin ortaq tarixi, etnik və mədəni köklərə əsaslandığı qeyd olunub. Ölkələrimizin liderləri arasında səmimi dostluq və yüksək səviyyəli dialoq tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyi bildirilib.

Görüşdə digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafı və qarşılıqlı, faydalı birgə layihələrin müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.