REGİONLAR


Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamları beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər

Astara, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Dövlət Rəsm Qalereyası nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləri beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərnəyin üzvü yeniyetmə həvəskar rəssam Mənsur Sədiyevin əl işləri Belarusda "Planetin uşaqları dostluq edirlər" devizi ilə keçirilən VII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində diploma layiq görülüb.

Rəsm Qalereyasının 9 nəfər həvəskar rəssamın əl işləri isə noyabr ayında Yaponiyada keçiriləcək XXI Kanagava Dünya Uşaq Sənət Sərgisinə göndərilib.

Astara Dövlət Rəsm Qalereyası, həmçinin Çexiya Respublikasında keçiriləcək 49-cu Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Həvəskar yeniyetmə və gənc rəssamlar beynəlxalq sərgidə uğur qazanmaq üçün səylə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.