CƏMİYYƏT


Astara polisinin və DSX əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində 2,5 kiloqram heroin götürülüb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 18-də Astara Rayon Polis Şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhədini pozduğuna görə saxlanılarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olması müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlaması üçün həmyerlisi B.Əliyevaya verməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılmış, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.