CƏMİYYƏT
Astara rayon sakininə məxsus həyətyanı sahədən çətənə kolu aşkarlanaraq götürülüb
Bakı, 14 avqust, AZƏRTAC
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Astara rayon sakini R.Həzizadəyə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini X.Mustafayevadan isə 450 qram tiryək aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam edir.