REGİONLAR


Astarada Pensər çayının sahilində yenidən torpaq sürüşməsi baş verib

Astara, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astaranın Şiyəkəran kəndi ərazisindən keçən Pensər çayında suyun səviyyəsinin kəskin qalxması səbəbindən torpaq qatı sahilə doğru yuyulub və nəticədə sürüşmə yenidən aktivləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, həyətyanı torpaq sahələri çayda suyun daşması nəticəsində yuyulub. Sel suları kəndin elektrik təsərrüfatına, sahildə əkilən sitrus bağlarına ziyan vurub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub.

Qeyd edək ki, gələn ilin əvvəlindən başlayaraq Pensər çayında sahil-bərkitmə işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.