REGİONLAR
Astarada Vətən müharibəsinin qazisi ilə görüş
Astara, 3 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 3-də Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsinin qazisi, rayonun Təngərüd kənd sakini Möhnət Səmədova baş çəkərək, onun sağlamlığı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ordumuzun qorxmaz, mərd, cəsur döyüşçülərindən olan Möhnət Vətən müharibəsində yüksək peşəkarlıq göstərib, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində qəhrəmanlıqla döyüşüb. O, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə medallarla təltif olunub.
Görüşdə işğalçı Ermənistan ordusuna qarşı aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə igid döyüşçü Möhnət Səmədovun valideynlərinə ləyaqətli, vətənpərvər övlad böyütdüklərinə görə minnətdarlıq ifadə olunub.
Görüş iştirakçıları torpaqlarımızın mənfur düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Möhnət Səmədova təşəkkür edərək, ona tezliklə sağlamlığına qovuşmağı arzulayıblar.