REGİONLAR
Astarada keçirilən videokonfrans “Koronavirus pandemiyası dövründə gənclərlə iş” mövzusuna həsr olunub
Astara, 22 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Koronavirus pandemiyası dövründə gənclərlə iş” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Videokonfransda çıxış edən Astara rayonunda gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli pandemiya dövründə rayonda könüllü gənclərin fəaliyyətindən danışıb.
Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov çıxışlarında koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərdən danışaraq gənclərə pandemiya dövründə maksimum diqqətli olmağı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, tövsiyələrə ciddi əməl etməyi tövsiyə ediblər.
Müzakirə edilən mövzu ilə bağlı çıxış edən Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, təlimçi Rafet Şirəliyev, Bakı Gənclər Klubunun sədri Nicat Etibar pandemiya dövründə görülən işlərdən danışıblar.