REGİONLAR


Astarada kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Astara, 10 may, Bağır Əliyev, AZƏRTAC 

Astara Dənizkənarı Park Bulvar Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş kross qaçışı üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qızlar 1, oğlanlar 2, gənclər və böyüklər isə 3 kilometr məsafəyə qaçışda qüvvələrini sınayıblar.

Qızların yarışında Türkanə Caniyeva (Siyəku kənd tam orta məktəb) birinci, Nazpəri Cəlilova (Astara Pedaqoji Kolleci) ikinci, Gülazə Süleymanova (Səncərədi kənd tam orta məktəb) üçüncü yeri tutublar.

Yeniyetmə oğlanların yarışında Dədəkişi Kazımov (Astara şəhər 1 nömrəli tam orta məktəb), Əli Cəfərov (Astara şəhər 3 nömrəli tam orta məktəb), Ramazan Əlizadə (Astara şəhər 3 nömrəli tam orta məktəb), gənclər arasında isə Vasif Qurbanəliyev (Siyəku kənd tam orta məktəb), Elmir Məmmədli (Astara şəhər 3 nömrəli tam orta məktəb) və Hikmət Yaqubov (Astara şəhər 4 nömrəli tam orta məktəb) fərqləniblər.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Təhsil Şöbəsinin metodistləri Nizaməddin Ələkbərov, Rasim Cəfərov, Astara şəhər 3 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, kross üzrə Azərbaycan çempionatının qalibi və mükafatçısı Rəşad Əliyev rayon birinciliyində uğur qazanmış idmançıları təbrik edərək, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, Ulu Öndərin gənclərə, bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.

Sonra qaliblərə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.