REGİONLAR


Astaralı kümçülər ilkin mərhələdə tədarük məntəqəsinə 197 kiloqram barama təhvil veriblər

Astara, 18 iyun, Bağır Əliyev, AZƏRTAC

Uzun illik fasilədən sonra Astara rayonunda bu il ilk dəfə olaraq barama istehsalına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin mərhələdə tədarük məntəqəsinə 197 kiloqram yaş barama təhvil verilib.

Bu il rayon üçün ayrılmış 52 qutu ipəkqurdu 10 yaşayış məntəqəsində bu sahədə təcrübəsi olan insanlara paylanılıb.

Astaralı kümçülərin bir ay ərzində çəkdikləri zəhmət, gördükləri aqrotexniki tədbirlər öz bəhrəsini verib. Tədarük edilən baramanı “Azəripək” MMC təhvil götürür.

Məhsul istehsalçılarına baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən tədarük məntəqəsində istehsalçılara bir kiloqram yaş barama üçün əlavə 4 manat ödənilir.

Qeyd edək ki, bu il Astara rayonunda 2 ton barama istehsalı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.