MƏDƏNİYYƏT


Astrid Lindqrenin xatirəsinə həsr olunmuş mükafat amerikalı yazıçı Lori Hols Andersona verilib

Astrid Lindqrenin xatirəsinə həsr olunmuş mükafat amerikalı yazıçı Lori Hols Andersona verilib

Bakı, 10 mart, AZƏRTAC

Amerika yazıçısı Lori Hols Anderson Astrid Lindqrenin xatirəsinə həsr olunmuş mükafata layiq görülüb.

AZƏRTAC mükafatın rəsmi saytına istinadla xəbər verir ki, münsiflər heyəti Lori Hols Andersonun öz romanlarında həm indiki dövrdə, həm keçmişdə məna, identiklik və həqiqət axtarışını dilə gətirdiyini vurğulayır.

“Onun tutqun-parlaq realizmi gənc insanların həyatında zamanın və yaddaşın həyati vacib rolunu meydana çıxarır. Ağrı-acı və həyəcan, həsrət və sevgi stilistika dəqiqliyi və hazırcavablıqla tədqiq olunur”, - deyə münsiflər heyətinin bəyanatında bildirilir.

Lori Hols Anderson gənclər üçün tanınmış amerikalı yazıçılardan biridir. Onun 1999-cu ildə dərc edilən “Danış” romanı bir neçə dilə tərcümə olunub və film üçün uyğunlaşdırılıb.

Görkəmli isveçli uşaq yazıçısı Astrid Lindqrenin xatirəsinə həsr olunmuş beynəlxalq ədəbiyyat mükafatı İsveç hökuməti tərəfindən təsis olunub, uşaq və gənclər ədəbiyyatının inkişafına verilən töhfəyə görə 2003-cü ildən bəri təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.