ELM VƏ TƏHSİL


Astronomiya tarixində ilk dəfə fotoşəkili çəkilən qara dəliyə ad qoyulub

Bakı, 12 aprel, AZƏRTAC

Harvard və Smitsonian Astrofizika Mərkəzində yerləşən “Event Horizon” teleskopunun astronomiya tarixində ilk fotoşəkilini çəkdiyi qara dəliyə ad qoyulub.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu qara dəliyi havay dilində “dərin, gizli qaranlıq materiya” mənasını verən “Povehi” adlandırıblar. Havay adalarında nəşr olunan “Star Advertiser” qəzetinin yazdığına görə, kainat möcüzəsinə bu adı dilçilik üzrə professor Lari Kimuranın təklifi əsasında qoyublar.

Qara dəliyin adının Havay adalarında qoyulması isə onu kəşf edən iki teleskopun da bu ərazidə yerləşməsi ilə bağlıdır. Qeyd olunub ki, 40 milyard kilometr həcmi olan bu möcüzəvi göy cismi Yer planetindən 3 milyon dəfə böyükdür.

Layihədə iştirak etmiş 200 astronomdan biri olan Cessika Dempsi də qeyd edib ki, bu ad qara dəliyin mahiyyətini tam uyğundur.

Planetimizdən 54 milyon işıq ili (500 milyon trilyon km) uzaqlıqda yerləşən qara dəliyin fotoşəkili aprelin 10-da nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.