CƏMİYYƏT


Aşura günü ilə əlaqədar könüllü qanverənlərdə HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Paytaxtda və bölgələrdə təşkil olunan qanvermə aksiyalarında 5809 nəfər könüllü olaraq qan verib. Ümumilikdə isə 2641,1 litr qan tədarük olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanverənlərdə HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb.

Məlumata görə, 4 infeksiya ilə bağlı Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkarlanıb. Ondan başqa, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub.

Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.