İDMAN


Atletlərimizin XXIX Ümumdünya Yay Universiadasındakı çıxış cədvəli müəyyənləşib

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-30-da Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək.

Azərbaycan ağır atletika yığmasının iki üzvü də onların arasındadır.

Millimizin heyətində Məhəmməd Məmmədli (62 kq) və Azər Məmmədli (105 kq-dan yuxarı) körpücük üzərinə çıxacaqlar.

M.Məmmədli avqustun 20-də Bakı vaxtı ilə saat 15:00-da, A.Məmmədli isə avqustun 25-də saat 12:30-da yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.