Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Auditorlar Palatasında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Auditorlar Palatasında müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Auditorlar Palatası ilk ərazi təşkilatının üzvləri, Auditorlar Palatasının əməkdaşları və üzvləri iştirak ediblər.

Auditorlar Palatasının sədri, YAP Auditorlar Palatası ilk ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov qeyd edib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə Azərbaycan xalqı bir daha Ümummilli Liderin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Ulu Öndər dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olmaqla öz həyatını doğma xalqına həsr edib, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda ulu öndər Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olub. Zaman ötdükcə ulu öndər Heydər Əliyev dühasının təkrarolunmazlığı, Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü əzəmətli və ölçüyəgəlməz işlərin miqyası daha aydın, daha qabarıq nəzərə çarpır. Azərbaycana rəhbərliyinin hər iki dövründə dövlətçilik həyatına son dərəcə mürəkkəb şəraitdə başlayan ümummilli lider Heydər Əliyev bütün çətinlikləri şərəflə aradan qaldırmaqla yanaşı, bir rəhbər kimi Azərbaycan xalqı üçün öz dövründə böyük missiyalar yerinə yetirib, Azərbaycanın və ümumiyyətlə, türk-müsəlman dünyasının qədim dövlətçilik tarixinin rəhbərləri sırasında özünəməxsus yer tutub. Tale elə gətirib ki, ulu öndər Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olub, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürüb. Taleyin hökmü ilə avqust ayı iki dəfə Azərbaycan üçün tarixi inkişafın həlledici dönüş anına çevrilib.

Diqqətə çatdırılıb ki, 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumu keçirildi və cəmi üç həftə əvvəl respublikanın siyasi rəhbəri vəzifəsinə seçilmiş 46 yaşlı Heydər Əliyev həmin plenumdakı proqram səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içərisində olan Azərbaycan cəmiyyətinin tərəqqiyə dönüş, keyfiyyətcə irəliyə, milli özünüdərkə, soy kökə qayıdış mərhələsinin aydın konturlarını bəyan etdi, özünün siyasi-təşkilatçılıq fəaliyyətinin bütün sonrakı illərini, coşqun enerjisini, bilik və bacarığını, idarəçilik məharətini həmin məruzədə əksini tapan və xalqımız üçün taleyüklü olan strateji problemlərin həllinə, Azərbaycanın gələcək dövlət müstəqilliyinin möhkəm təməlinin qoyulmasına həsr etdi.

Ulu öndər Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarıb, millətimizin imzasını imzalara qatmağa nail olub. 1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər deyib: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması nəinki ictimai-siyasi mühiti saflaşdırıb, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilib. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək.

Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən ümummilli lider Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə, iqtisadi böhrandan çıxış üçün əsas kimi qiymətləndirirdi. Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin necə, hansı mərhələlərdən keçməklə hazırlandığını indi çoxları unudub. Halbuki dəfələrlə xatırlatmağa lüzum var ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışına qədər bu saziş layihəsi üzərində təxminin bir il “iş aparılıb” və 1993-cü ilin iyununda imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən sanksiya verilib. Ölkənin vətəndaş müharibəsi həddinə çatdığı, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı həmin ağır günlərdə siyasi hakimiyyət məsuliyyətini öz öhdəsinə götürən Heydər Əliyevin qəbul etdiyi çox məsul və taleyüklü qərarlardan biri milli maraqlarımıza əsla uyğun gəlməyən, mahiyyət etibarı ilə nadir təbii sərvətlərimizin hərraca qoyulmasına rəvac verən həmin saziş layihəsinin imzalanmasını dayandırmaq və işləməyə qaytarmaq barədə oldu. Bundan sonra yenə təxminən bir il ərzində müxtəlif tərkibli nümayəndə heyəti və ekspertlər səviyyəsində saziş layihəsi üzərində iş getsə də, yalnız 1994-cü ilin mayından - o vaxt ölkə Prezidentinin Sərəncamı ilə SOCAR-ın xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1997-ci ildən – birinci vitse-prezident) vəzifəsinə təyin olunan İlham Əliyevin layihə üzərində işə cəlb edilməsindən sonra sazişin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tamamilə uyğunlaşdırılmış variantı real konturlar kəsb etməyə başladı. Həmin dövrdə İlham Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı ilə aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmələr, İstanbul və Hyuston (ABŞ) şəhərlərində keçirilmiş intensiv görüşlər Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündən onların fərdi payını qəti şəkildə müəyyənləşdirməyə, beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən qanun statusu verilən layihəsini 1994-cü il sentyabrın 20-də imzalanmaq üçün hazır etməyə imkan yaratdı.

Dövlətçiliyimiz üçün əlamətdar ikinci avqust

1969-cu ilin unudulmaz avqust günündən 34 il ötəndən sonra artıq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdışı zamanı ikinci prezidentlik dövrünü başa vurmaqda olan ulu öndər Heydər Əliyev daha bir tarixi qərarını verdi: özünün səhhəti ilə əlaqədar dövlətçilik kursunun, postsovet məkanında “keçid dövrünün Əliyev islahatları” kimi xarakterizə olunan və sosial-siyasi tərəqqiyə, ən çox da iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına, azad sahibkarlığın və vətəndaş təşəbbüskarlığının inkişafına yönəlmiş islahatların gələcək taleyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq hisslərini nəzərə alaraq, uzun müddət üçün müəyyənləşdirdiyi strateji daxili və xarici siyasət kursunun qanuni varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan quruculuğunun gələcək etibarlı təminatçısının adını elan etdi - Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini və büro üzvü, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin başçısı, 42 yaşlı İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq vermək barədə Milli Məclisə müraciət ünvanladı, parlamentin yekdil qərarından sonra isə müvafiq Fərman imzalayaraq, bununla da müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir səhifə açmış oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosialyönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq on səkkiz ilə yaxındır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, dövlətimizin başçısının müdrik rəhbərliyi ilə misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.

Tarix Prezidentimizin simasında ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev deyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün biz bu uzaqgörənliyin canlı şahidləriyik. Belə ki, Ali Baş Komandan kimi ən böyük Zəfəri Azərbaycan xalqına yenilməz Ordumuzun iştirakı ilə şanlı tarix yazaraq yaşatdı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq. Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər və şanlı Ordumuzun şücaəti ilə qazanılmış Böyük Zəfərin təntənəsinin davam etdiyi bir dövrdür. İşğaldan azad olunmuş doğma Qarabağımıza Böyük Qayıdış və quruculuq işləri başlayıb. Qarabağda yeni iqtisadi modelin qurulmasının bir hissəsi olmaq və regionun dirçəlməsinə təkan vermək hər birimizin vəzifəsidir. Ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində hər kəs öz dəstəyini göstərməkdədir.

Əlbəttə, bir tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür. Bu baxımdan Ulu Öndər haqqında ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri yerinə düşər: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvləri - Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, “Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru Şirvan Abbasov, “ECONOMİC-CHA” MMC-nin auditoru Kamil Hüseynov, ictimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova və başqaları çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin ideyaları, zəngin irsi, ölkəmizin dövlət quruculuğu prosesində rolu və xidmətləri, həyat və fəaliyyəti barədə öz fikirlərini söyləyiblər.

Sonra müasir Azərbaycanın qurucusu olan unudulmaz lider Heydər Əliyevin həyat yolundan bəhs edən film nümayiş etdirilib. YAP-a qəbul olunmaq üçün palatanın 10 əməkdaşının və üzvünün siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə baxılıb və onların xahişləri nəzərə alınaraq müsbət qərar qəbul edilib: Axundov Firəngiz Vüqar qızı, Əliyev Fuad Eyyub oğlu, Əliyeva Nailə İsrafil qızı, Əhmədov Misir Zaman oğlu, Əliyev İbiş Müseyib oğlu, İsmayılov Elxan Əsgər oğlu, İbrahimov Elnur Elxan oğlu, Vəlizadə Səftər Vəli oğlu, Niftiyeva Samirə Xalid qızı və Şahtaxtinskaya Aysel Elçin qızı. V.Novruzov bu şəxsləri təbrik edərək ölkəmizin ictimai-siyasi həyatında fəal olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər